Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Söküləcək “Planet“ Elman Rüstəmovun qardaşının imiş
Akademik Ramiz Mehdiyevin kitabının müzakirəsi və təqdimatı keçirilib
Cəlilabad Mərkəzi Xəstəxanasında pulsuz müalicə ləğv edilib

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şamaxı: Sosial Müdafiəsi təmin olunmayan əhali seçkiqabağı atmosferi pozmaq potensialı daşıyır

Şamaxı: Sosial Müdafiəsi təmin olunmayan əhali seçkiqabağı atmosferi pozmaq potensialı daşıyır
Mərkəz rəhbərliyinin «xeyir-duasını» alıb dövlətin sosial yardımına ünvan olmaq üçün gərək Həsən Qocayevin şərtlərinə razı olasan.


Qəribədir, az qala hər dəfə Şamaxı rayon rəhbərliyi bu əyalətin sosial-iqtisadi inkişafına dair rüblük, yarımillik, illik yekun hesabatların dinlənilməsini təşkil edəndə çıxış edən bir neçə məmurun arasında mütləq Həsən Qocayev də durur. Elə bil rayonda fəaliyyəti təqdirəlayiq olan başqa vəzifəli şəxs yoxdur ki, onu qabağa verirlər. Söhbət Şamaxı Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktorundan gedir.



Ünvanlı sosial yardım sektoru Şamaxı ƏSMM-nin ən qalmaqallı şöbəsidir desək, yanılmarıq. İndiyədək mətbuatda və elektron KİV-də bu şöbənin fəaliyyətində yer alan korrupsiya hüquqpozmaları barədə yetərincə tənqidi fikirlər ifadə olunub. Mərkəz rəhbərliyinin «xeyir-duasını» alıb dövlətin sosial yardımına ünvan olmaq üçün gərək Həsən Qocayevin şərtlərinə razı olasan. Yəni alacağın yardımın tən yarısını bəri başdan Mərkəzin işbazlarına bağışlayasan. Bu mexanizmin detallarını adını açıqlamağı hələlik məqbul hesab etmədiyimiz bir Şamaxı vətəndaşı belə izah edir: «Mən onlarla sövdələşməyə getdim. Danışdıq ki, mənə çatası plastik kart 6 ay onlarda qalacaq, sonra mənə verəcəklər. İlin əvvəlindən düzəltdiyim yardımın hələ üzünü görməmişəm. Kartı mənə təzəcə veriblər. Üst-üstə 720 (yeddi yüz iyirmi) manatımı yeyiblər. Haramları olsun!»



Şərtlərlə razılaşmayıb yardımın tam həcmdə almaq uğrunda mübarizə aparanlar isə süründürməçiliklə üzləşir, ən müxtəlif bəhanələrlə onlara bürokratik əngəllər yaradırlar. Bu barədə dəfələrlə yazılıb ki, ünvanlı sosial yardım istəyənlər rüşvət verməyəndə, məmurlar o qədər sənəd istəyirlər ki, vətəndaş o sənədləri yığmaqdansa, hökumətin yardımından imtina etmək barədə qərar verməli olur. O da bildirilib ki, Şamaxı rayonunda ünvanlı sosial yardımlar bahalı maşınları, mülkləri, ev-eşikləri olan, sahibkarlıqla məşğul adamlara verilir. Belə bir məntiq də ortaya qoyulub ki, Həsən Qocayev «50x50» prinsipi ilə işləyərək, şərik olduğu ünvanlı yardımları tək özü yemir, paylaşdığı havadarları var. 



Xatırladaq ki, Azərbaycanda prezident seçkilərinə az qalıb. Qarşıdakı aylarda yoxsullar dirəniş göstərsələr, qeyd-şərtsiz ünvanlı sosial yardım almağa müvəffəq ola bilərlər. Təxmin etməyə dəyər ki, Şamaxı ƏSMM-nin rəhbərliyi seçkiqabağı həssas ictimai-siyasi atmosferi nəzərə alıb əhalini hakimiyyətdən narazı salan katalizator olmaq istəməz. Bütün hallarda narazılıq ifadə edən sədaların artacağı şübhəsizdir.



Güman edirik ki, yazımızdan sonra, Həsən Qocayev və işçilərinin adını çəkmək istəmədiyimiz vətəndaşdan aldıqları pulu geri qaytaracaqlar. Hər-halda buna ümid etməyə dəyər.



Rəna Nur


Teqlər:
Bu xəbər cəmi 2375 dəfə oxunuldu
YAZARLAR